Ukrayna Premyer Liqasında oynayan azərbaycanlı müdafiəçi klublarımızdan təklif alıb

21:24 - 17 Aprel 2024

Ukrayna Premyer Liqasında yarışan "Obolon" klubunun azərbaycanlı futbolçusu Dmitri Nağıyev Azərbaycana qayıtmaq haqda düşünür.

Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı müdafiəçiyə Premyer Liqamızda yarışan bir neçə klubdan təklif var. 

Sağ cinah müdafiəçisi hazırda həmin təklifləri nəzərdən keçirir. "Obolon"la müqavilə müddəti mövsümün sonunda başa çatacaq Nağıyev maliyyə şərtləri normal olacağı təqdirdə Azərbyacana dönə bilər.

Nağıyevin xidmətində "Araz-Naxçıvan", "Turan Tovuz" klubları maraqlıdır. "Dnepr" yetirməsi olan azərbaycanlı futbolçu "Qarabağ Vyana", "Sumqayıt", "Ştumbras", "Dinamo-Avto", "İnqulets" komandalarında oynayıb.

 

Xəbər xətti