AFFA Birinci Liqa klubunun şikayətini qismən təmin etdi

17:38 - 17 Aprel 2024

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sportal.az xəbər verir ki, qurum I Liqada çıxış edən "İmişli"nin şikayətinə baxıb.

Aşağı liqanın 20-ci turu çərçivəsində “Mingəçevir”lə səfər görüşünün (0:1) 80-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Gilyerme Silvanın 2 oyunluq cəzası və klubun 150 manat cərimə edilməsi müzakirə olunub.

Futbolçu barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni, 1 matçlıq diskvalifikasiya şərti tətbiq ediləcək.

Ona 3 ay sınaq müddəti verilib. Bölgə klubuna verilən cərimə isə qüvvədə qalıb.

Xəbər xətti