Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
12.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Sumqayıt” – “Zirə” oyununun 52-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
12.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Sumqayıt” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
13.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
13.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Qəbələ” – “Turan Tovuz” oyununun fasiləsində “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Qəbələ” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);
13.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Qəbələ” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
14.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Səbail” – “Kəpəz” oyununun 90+3-cü dəqiqəsində “Səbail” klubunun 4 nömrəli futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Səbail” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);
14.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Sabah” – “Qarabağ” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
14.04.2024-cü il tarixində Misli Premyer Liqasında XXX turun “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);
saytlarin hazirlanmasi