Almaniya mətbuatı Avropadakı milli liqaların erkən çempionlarından yazarkən, “Qarabağ”ın da adını qeyd edib.
Sportal.az xəbər verir ki, "Kicker" Ağdam klubunun ikinci pillədəki "Neftçi" üzərindəki üstünlüyünü də xüsusi vurğulayıb:
"29 tura 79 xal “Bayer”in tarixində ilk dəfə çempion olması üçün kifayət etdi. Amma bu mövsüm vaxtından əvvəl çempionluğu əldə edən təkcə Leverkuzen təmsilçisi deyil. “Slovan” (Bratislava) artıq Slovakiyada tacı qazanıb, özü də çempionatın başa çatmasına beş tur qalmış. Uelsin rekordunu qıran "Nyu-Seynts” milli çempionluğu yenidən qazandı və keçənilki titulunu təsirli şəkildə qoruyaraq yenidən üstünlük təşkil etdi. Nəhayət, “Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldu. Qafqaz ölkəsində liqanın başa çatmasına hələ altı tur qalıb, lakin “Qarabağ”ın ikinci pillədə qərarlaşan “Neftçi” üzərində 25 xallıq üstünlüyü var".
saytlarin hazirlanmasi