Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”i tərk etməyə hazırlaşır.
Sportal.az saytına verilən məlumata görə, 22 yaşlı forvard oyun praktikasından əziyyət çəkdiyi üçün hazırkı komandasında qalmaq niyyətində deyil.
Onun yaydan sonra hansı kluba yollanacağı isə dəqiqləşməyib. Lakin forvarda Türkiyə, Polşa, Azərbaycan və İsveç klublarından təkliflər var. Musanın 2024/2025 mövsümünü icarə əsasında fərqli komandada oynayacağı gözlənilir.
Millimizin üzvü "Yurqorden"lə mövsümün əvvəlində üç illik müqavilə imzalayıb. “Neftçi”nin yetirməsi olan Qurbanlı “Qarabağ” və “Zirə” komandalarının da formasını geyinib.
saytlarin hazirlanmasi