“Qalatasaray”ın aparıcı oyunçularından olan Dris Mertens ölkəsinə qayıda bilər.
Sportal.az “A Spor”a istinadən xəbər verir ki, 36 yaşlı futbolçuya Belçika klublarından təkliflər var.Xüsusən də, “Anderlext” təcrübəli oyunçunu heyətinə qatmaq üçün aktivlik göstərir.
Lakin hələ ki, Mertens qəti qərarını verməyib. Çünki “Qalatasaray” da ona yeni müqavilə təklif edib. Səudiyyə Ərəbistanının da klublarının transfer siyahısında yer alan Drisin mövsüm başa çatdıqdan sonra qəti qərarını verəcəyi gözlənilir.
Mertens 2022-ci il avqust ayında “Napoli”dən ayrılaraq “Qalatasaray”a keçib. O, bununla yanaşı, “Apeldorn”, “Utrext”, PSV komandalarının formasını geyinib. Belçika millisinin sabiq üzvünün "Qalatasaray"la müqaviləsi mövsümün sonuna qədərdir.
saytlarin hazirlanmasi