"Arsenal"ın futbolçusu "Bavariya"ya məğlubiyyət barədə: "Çox ağırdır"

19:43 - 18 Aprel 2024

"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays "topçular"ın Çempionlar Liqasındakı çıxışını dayandırmasından danışıb. 

Sportal.az xəbər verir ki, ingilis futbolçu "Sky Sports"a açıqlamasında məğlubiyyəti bu cür şərh edib:

"Arsenal" dünyanın ən böyük klublarından biridir. Çox ağırdır. Məyusuq, amma gənc komandamız var. Biz möhkəm dayanmalıyıq, qarşıda "Vulverhempton"la matçımız var. Həmin görüşdə reaksiya göstərməli olacağıq".

Qeyd edək ki, "Arsenal" ÇL-in 1/4 final mərhələsinin ilk oyununda “Bavariya” ilə 2:2 oynamışdısa, Münhendəki cavab görüşündə 0:1 hesabı ilə uduzaraq avrokuboklardakı çıxışını dayandırıb. 
 

Xəbər xətti