Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə cəmi bir matç keçirilib.

"Turan Tovuz" "Sumqayıt"ı qəbul edib. 

"Gənclik şəhəri" təmsilçisi səfərdə rəqibinə 4:1 hesabı ilə qalib gəlib. "Sumqayıt" 31 oyundan sonra aktivindəki xalların sayını 47-ə yüksəldib. "Turan Tovuz" isə 42 xalda qalıb. 

Azərbaycan Premyer Liqası
XXXI tur

19 aprel

"Turan Tovuz" - "Sumqayıt" 1:4 
Qollar:
Otto Con, 52(p) - Şəhriyar Əliyev 15(avotoql), Sorqa 22, Səbuhi Abdullazadə 88, Rezabala 90+5
Tovuz şəhər stadionu