Futbol üzrə Azərbaycan I Liqasında XXII tura yekun vurulub.
Sportal.az xəbər verir ki, "Zaqatala" doğma meydanda "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 26-ya yüksəldən "Zaqatala" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 10 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.
"Zaqatala" - "Araz Saatlı" 2:0
Qollar: Rəhman Şabanov, 25, 55 (pen)