"Liverpul"un kapitanı və müdafiəçisi Vircil van Deyk mersisaydlıların bu mövsümün son turlarında uğur qazanacaqlarına inandığını bildirib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan niderlandlı komandasının çətin dönəmdən keçdiyini deyib:
"Biz komanda olaraq əvvəllər də çətin anlar yaşamışıq. "Atalanta" ilə matç çətin keçdi, "Fulhem"ə qarşı da asan olmayacaq. Bunu hamı bilir, hər kəs həm fiziki, həm də mənəvi cəhətdən bu matça düzgün hazırlaşmaq üçün məsuliyyət daşıyır. İndi əsas məqsədimiz bu oyunda uğur qazanmaqdır. Düzdür, məyusuq, amma narahat olmağa vaxtımız yoxdur. Ümid edirəm ki, azarkeşlər bazar günü bizə dəstək olacaqlar. Hər şeyin mümkün olduğu mövsümün son altı oyununda onlara həqiqətən çox ehtiyacımız var”.
Xatırladaq ki, “Liverpul” ərəfəsində “Atalanta”ya məcmu hesabda uduzaraq (evdə – 0:3, səfərdə – 1:0) Avropa Liqasından kənarlaşdırılmışdı.
saytlarin hazirlanmasi