Rusiya millisinin üzvü üçün "Mançester Siti" və "Çelsi" hərəkətə keçdi

17:36 - 19 Aprel 2024

"Mançester Siti” və “Çelsi” klubları “Lokomotiv”in (Moskva) cinah oyunçusu Sergey Pinyayevi yaxından izləyir.

Sportal.az “HITC” portalına istinadən xəbər verir ki, bu klublar İngiltərə Premyer Liqasında karyerasına başlamağa icazə verilənə qədər Pinyayevi icarəyə vermək üçün tərəfdaş komandalarının köməyindən istifadə edə bilər.

Pinyaevin "Liverpul" və "Nyukasl"ın da transfer siyahısında olduğu bildirilir. Ola bilsin ki, “Mançester Yunayted” 19 yaşlı Pinyayevi “İneos”a məxsus “Nitsa”ya və ya İsveçrənin “Lozanna Sport” klubuna icarəyə verəcək. Bildirilir ki, Pinyaevə İngiltərə klublarından başqa, "Borussiya "(Dortmund), "Vilyarreal", "Napoli" və "Bayer" də maraq göstərir.

Xatırladaq ki, daha əvvəl Sergeyin adı ilin ən yaxşı gənc futbolçusu - "Qızıl oğlan" mükafatına namizədlər siyahısına salınıb.

Rusiya millisinin 19 yaşlı üzvü “Çertanova”, “Krılya Sovetov”da oynadıqdan sonra 2023-cü ildə “Lokomotiv”ə keçib.

Xəbər xətti