Misli Premyer Liqasının XXXI turunda 18 top vurulub.
Sportal.az xəbər verir ki, “Turan Tovuz” - “Sumqayıt” (1:4) matçında 5, “Qarabağ” – “Qəbələ” (2:2) və “Zirə” – “Neftçi” (3:1) oyunlarının hərəsində 4, “Kəpəz” – “Sabah” (1:2) qarşılaşmasında 3, “Araz-Naxçıvan” – “Səbail” (0:2) görüşündə iki qol qeydə alınıb.
Bu, mövsümün ikinci yarısının rekordunun təkrarıdır. XXV turda da 18 qol vurulub. Hər iki halda orta məhsuldarlıq 3,60-a bərabər olub.
Mövsümün rekordu isə X və XVI turlarda qeydə alınıb. Həmin vaxt 19 qol vurulub və orta göstərici 3,80 olub.
saytlarin hazirlanmasi