"Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda

20:28 - 22 Aprel 2024

Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Qarabağ" qarşılaşmasının biletləri artıq satışdadır.

Sportal.az xəbər verir ki, 28 aprel saat 20:00-da keçiriləcək qarşılaşmanın biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi və Mehdi Hüseynzadə adına stadionun kassasından (16:00-19:00 arası) əldə edə bilərsiniz.

Qeyd edək ki, Birbank Cashback Mastercard plastik kartları ilə onlayn alış zamanı 30% keşbek əldə edəcəksiniz. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır

Xəbər xətti