"Araz-Naxçıvan"ın zədəli futbolçuları komandaya qoşuldu

19:33 - 9 May 2024

"Araz-Naxçıvan"da Mİsli Premyer Liqasının XXXIV turunda rəqibi olan "Turan Tovuz"la matçın hazırlığı davam edir.

Sportal.az xəbər verir ki, zədəli olduğuna görə "Sabah"a qarşı forma geyinməyən Orxan Əliyev və Turan Manafov da komanda ilə birgə çalışmalara qatılıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Turan Tovuz" qarşılaşması 11 may tarixində saat 17:00-da "Liv Bona Dea Arena"da baş tutacaq.

Xəbər xətti