Azərbaycan Premyer Liqasında legioner limiti ilə bağlı qərar verilib.
Sportal.az xəbər verir ki, Premyer Liqada limit dəyişməyəcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov məlumat verib.
2024/2025 mövsümündə Premyer Liqada legioner limiti əvvəl olduğu kimi 7+4 olacaq. Komandalar meydanda 7 əcnəbi futbolçunun xidmətindən yararlana biləcək.
2025/2026 mövsümündən etibarən isə 8+3 limiti tətbiq olunacaq.
saytlarin hazirlanmasi