“Neftçi” – “Sabah” matçının biletləri satışda

16:42 - 21 May 2024

Azərbaycan Premyer Liqasının 36-cı turu çərçivəsində “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb. 

Sportal.az xəbər verir ki, qiyməti 2 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri iticket.az saytından onlayn qaydada və “Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən əldə etmək mümkün olacaq.

Qeyd edək ki, qarşılaşma 25 may tarixində saat 19:00-da start götürəcək.

Xəbər xətti