I Liqada son 7 mövsümün məhsuldarlıq rekordu təkrarlanıb.
Sportal.az xəbər verir ki, bu, XXVII turda baş verib. “İrəvan”la “Karvan” arasında qarşılaşmada 11 qol vurulub.
Qonaqların 8:3 hesablı qələbəsi ilə bitən görüş qol sayında mövsümün mütləq rekordudur. Sonuncu belə məhsuldarlıq ötən çempionatda qeydə alınıb. “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz-2”yə 6:5 hesabı ilə qalib gəlib.
Bu iki matç son 7 mövsümdə ən çox qol vurulan qarşılaşmalardır. Daha çox qola sonuncu dəfə 2016/17 mövsümünün “Səbail” – “Bakılı” qarşılaşmasında təsadüf olunub. Həmin vaxt ümumilikdə 14 qol vurulub. Bu qarşılaşmada meydan sahibləri 11:3 hesablı qələbə qazanıblar.
saytlarin hazirlanmasi