Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 35-ci turunun oyunları ilə bağlı iclasda aşağıdakı qərarlar qəbul edilib:
18.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXV turun “Kəpəz” – “Zirə” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
17.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXV turun “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 51.8);
19.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXV turun “Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
saytlarin hazirlanmasi