Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan I Liqasının sonuncu turunun oyunları ilə bağlı iclasda aşağıdakı qərarlar qəbul edilib:
22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Şamaxı” – “Araz Saatlı” oyununda diktor PFL Əsasnaməsinin tələblərini pozduğuna görə “Şamaxı” klubu 50 manat cərimə edilir (maddə 80);
22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Şamaxı” – “Araz Saatlı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 80 manat cərimə edilir (maddə 51.2);
22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Şamaxı” – “Araz Saatlı” oyununun 83-cü dəqiqəsində “Araz Saatlı” klubunun 29 nömrəli futbolçusu Lamin Çam ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 36.5);
22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Difai Ağsu” – “Zaqatala” oyununun 33-cü dəqiqəsində “Zaqatala” klubunun 8 nömrəli futbolçusu Roini İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Zaqatala” klubu 300 manat cərimə edilir (maddə 40.3);
22.05.2024-cü il tarixində I Liqada XXVII turun MOİK – “İmişli” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK klubu 80 manat cərimə edilir (maddə 74.1);
22.05.2024-cü il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Mingəçevir” klubu 100 manat cərimə edilir (maddə 72.4);
saytlarin hazirlanmasi