Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda 2024/2025-ci illər mövsümündə Misli Premyer Liqasında, I Liqa yarışlarında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“İmişli” PFK, “Şamaxı” FK İB
2. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“İrəvan” FK, “Qaradağ Lökbatan” FK, MOİK PFK, “Zaqatala” PFK
3. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz Saatlı” FK, “Baku Sportinq” FK, “Difai” FK, “Cəbrayıl” FK, “Füzuli” FK, “Karvan” Yevlax FK, “Kür-Araz” FK, “Qaradağ Lökbatan” FK, “Mingəçevir” FK İB, MOİK PFK, “Şahdağ Qusar” FK, “Zaqatala” PFK
4. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Ağdaş” İK, “Dinamo” (Bakı) FK İB, “Göygöl” FK, “İrəvan” FK, "Lerik" FK, “Sheki City”, “Şəfa” FK, “Şəmkir” PFK
5. Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Baku Juniors” İK, “Balxurma Balakən” FK
Qeyd: “Balxurma Balakən” FK növbəti mövsümdən etibarən "Dirçəliş" FK adı ilə çıxış edəcək.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Qeyd: Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
saytlarin hazirlanmasi