Misli Premyer Liqasında XXXVI turun oyunlarını 24300 tamaşaçı izləyib.
Sportal.az xəbər verir ki, bu, mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13800 izləyici.
Ümumilikdə isə çempionatın 180 matçında 276 min 487 seyrçi olub. Orta hesabla hər oyunu 1536 tamaşaçı izləyib.
XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 izləyici seyr edib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.
Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox seyrçi toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.
| 
			 yer  | 
			
			 komanda  | 
			
			 oyun  | 
			
			 tamaşaçı  | 
			
			 Orta  | 
		
| 
			 1  | 
			
			 Turan Tovuz  | 
			
			 18  | 
			
			 73900  | 
			
			 4106  | 
		
| 
			 2  | 
			
			 Sumqayıt  | 
			
			 18  | 
			
			 51516  | 
			
			 2862  | 
		
| 
			 3  | 
			
			 Neftçi  | 
			
			 18  | 
			
			 31321  | 
			
			 1740  | 
		
| 
			 4  | 
			
			 Sabah  | 
			
			 18  | 
			
			 26997  | 
			
			 1500  | 
		
| 
			 5  | 
			
			 Qarabağ  | 
			
			 18  | 
			
			 22628  | 
			
			 1257  | 
		
| 
			 6  | 
			
			 Zirə  | 
			
			 18  | 
			
			 20200  | 
			
			 1122  | 
		
| 
			 7  | 
			
			 Kəpəz  | 
			
			 18  | 
			
			 14615  | 
			
			 812  | 
		
| 
			 8  | 
			
			 Səbail  | 
			
			 18  | 
			
			 14190  | 
			
			 788  | 
		
| 
			 9  | 
			
			 Qəbələ  | 
			
			 18  | 
			
			 10730  | 
			
			 596  | 
		
| 
			 10  | 
			
			 Araz-Naxçıvan  | 
			
			 18  | 
			
			 10390  | 
			
			 577  | 
		
| 
			 
  | 
			
			 Cəmi  | 
			
			 180  | 
			
			 276487  | 
			
			 1536  | 
		
     
                    