"Araz-Naxçıvan" 6 futbolçu ilə müqavilə imzaladı

11:59 - 31 May 2024

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçu ilə ortaq məxrəcə gəlib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə yola davam edəcək.

Adları qeyd olunan futbolçular 2024/25-ci il mövsümündə də “Araz-Naxçıvan”ın heyətində yer alacaqlar. Bir neçə futbolçu ilə danışıqlar davam edir. 

Qeyd edək ki, “Araz-Naxçıvan” Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovla da müqavilə imzalayıb.

Xəbər xətti