"Şamaxı"nın forvardı, komandasının bombardiri Elşad Tağıyev Sportal.az saytına müsahibə verib. Uzun müddət Birinci Liqada bombardirlər siyahısında lider olmuş hücumçu yeni mövsümdən komandanın və öz hədəflərindən danışıb.
- "Şamaxı" Birinci Liqanı çempion kimi başa vurdu. Sona ik itur qalmış "Qaradağ Lökbatan"a qalib gələrək lider olduz. Ümumiyyətlə, mövsümü "Şamaxı" üçün necə dəyərləndirirsən?
- Bizim üçün çox ağır mövsüm oldu. Çünki 4-5 komanda çempionluğa oynayırdı. Sonlara yaxın “Qaradağ Lökbatan”la aramızda gərgin mübarizə getdi. Şükürlər olsun ki, istədiyimizə nail olduq.
- Səncə, komanda üçün həlledici məqam hansı idi? Sanki bir ara eniş yaşandı, sonradan yüksəlişə keçdiniz. Dönüş nöqtəsi hansı idi?
- “Mingeçevir”lə evdə heç-heçə etdik. Xal fərqi də 7 xal oldu. Çünki sona cəmi 6 oyun qalmışdı. Həmin bərabərlik bizi çox məyus etdi. Qalan bütün oyunlarda qələbə qazanaraq xal fərqini aradan qaldırdıq.
- Bu mövsüm komanda üçün önəmli futbolçulardan oldun, 15 qol vurmağı bacardın. Özünü digər oyunçulardan daha çox pay sahibi kimi hiss edirsən?
- Xeyr, mən belə deməzdim. Komanda olaraq bu çempionluqda hamının payı eynidir. Daha çox da qol vura bilərdim. Sadəcə olaraq, bəxtim gətirmədi. Deyə bilərəm ki, əsas odu vurduğum qollar komandama kömək etdi.
- Maraqlıdır ki, uzun müddət bombardirlər siyahısında lider olsan da, sonda liqanın bombardiri seçilmək mümkün olmadı. Səncə, sona qədər bunu davam etdirmək niyə alınmadı?
- Xüsusən sona yaxın şanssızlıq var idi. Belə deyim də, qol tilsimini qıra bilmirdim. Mənim üçün bombardirlikdən önəmli çempioluq idi. Şükürlər olsun ki, çempionluq qazandıq.
- Özün "Şamaxı"da qalmaq istəyirsən? Səncə, rəhbərlik yeni müqavilə təklif ediləcək sənə?
- Yanvarda 1,5 illik yeni müqavilə imzalamışıq. Növbəti mövsümdə komandada olacam. Məqsədim daha çox çalışıb, Premyer Liqada fərqlənə bilmək, kamandama kömək etməkdir.
- Birinci Liqada 15 qol vurmağın Premyer Liqanın digər klublarının diqqətini cəlb edib?
- Xeyr. Premyer Liqanın digər klublarının heç birindən təklif almamışam.
- "Şamaxı"nın qarşıdakı sezondan yenidən yerlilərlə mübarizə aparacağını düşünürsən, yoxsa legionerlər çoxluq təşkil edəcək?
- Biz Birinci Liqada legioneri olmayan iki komandadan biri idik. Hər halda, “Şamaxı” yerli futbolçularla çempionluğu qazandı. Premyer Liqada legionerlerin olub-olmaması isə klub rəhbərliyinin qərarıdır.
Mirbağırağa
saytlarin hazirlanmasi