"Hapoel"in futbolçusu: "Azərbaycan klubundan təklif almışam"

13:34 - 2 İyun 2024

“Hapoel”in futbolçusu Felipe Santosun Azərbaycana qayıdacağı gözlənilir. Belə ki, braziliyalının “Araz-Naxçıvan”a keçəcəyi ehtimal edilir. Elmar Baxşıyev vaxtı ilə “Qəbələ”də futbolçusu olmuş Felipe ilə yenidən işləmək niyyətindədir. 

İsrail klubunun üzvü Sportal.az saytına açıqlamasında bunları deyib:

“Bəli, Azərbaycan klubundan dəvət almışam. “Araz-Naxçıvan” məni istəyir. Mənə bu klubda oynamağı təklif etdilər. Amma hələ ki, qərarımı verməmişəm. Çünki başqa komandalardan da təkliflər almışam. Sonda daha yaxşısını seçəcəm. Yaxın günlərdə yəqin ki, qərarımı verəcəm”.

27 yaşlı futbolçu mövsümün əvvəlində “Qəbələ”dən ayrılaraq “Hapoel”ə (Hayfa) keçmişdi. Onun İsrail klubu ilə müqaviləsi bu ayın 30-da başa çatacaq. O, "Paulista", "Ankaran",  "Maribor", "Keşlə"(indiki "Şamaxı") klublarında oynayıb.

Mirbağırağa

Xəbər xətti