Rusiya mətbuatı bu mövsüm Premyer Liqanın ən zəif səkkiz yarımmüdafiəçisi haqda yazı dərc edib.
Sportal.az xəbər verir ki, "Foootball24.ru" portalı "Krasnodar"ın braziliyalı futbolçusu, "Qarabağ"ın sabiq üzvü Kadinin də adını da həmin siyahıya daxil ediblər.
Rusiyalı həmkarlarımız Kadinin yenidən Azərbaycana qayıtmasının vaxtının çatdığına işarə vurublar:
"Azərbaycanın fatehi özünü ən yaxşı tərəfdən göstərə bilmədi və məyusluq yaşatdı. Kadi texnikası, yaxşı zərbəsi və cərimə zərbələri olan futbolçudur. Amma o, birmənalı olaraq ötən mövsüm göstərdiyi səviyyədə deyildi. Borges rəqabəti Batçiyə və Olusequna uduzmağı bacardı. İki dəfəəsas heyətdə başladığı matçların her birində 90-cı dəqiqəyə qədər meydanda olmadı. Ola bilsin ki, buna görə də Kadi taleyüklü matçda ehtiyat oyunçular skamyasında qalıb. “Krasnodar” onun köməyi olmadan “Dinamo”ya qalib gəldi. Bəlkə də, onun Azərbaycana qayıtmağının vaxtı çatıb".
28 yaşlı futbolçunun "Krasnodar"la müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.
saytlarin hazirlanmasi