"Şamaxı" növbəti mövsümün hazırlıqlarına davam edir.
İdarə heyətinin növbəti iclasında yeni mövsümlə bağlı bir sıra qərarlar qəbul edilib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda ilk olaraq geridə qalan mövsümdə “Şamaxı”nın 1-ci liqada çempion olmasında baş məşqçi kimi verdiyi tövhəyə görə Ramiz Məmmədova idarə heyətinin üzvləri minnətdarlığını bildirib və komandanın yenidən Premyer Liqaya qayıtmasında onun böyük əməyinin olduğu qeyd edilib.
Müzakirələr nəticəsində Ramiz Məmmədovun idarə heyətinin sədr müavini kimi fəaliyyətinin daha önəmli olduğu nəzərə alınaraq klubun baş məşqçisi kimi başqa çalışdırıcının dəvət edilməsi qərara alınıb.
saytlarin hazirlanmasi