"Şamaxı" qolkiperlə anlaşdı

21:24 - 3 İyun 2024

"Şamaxı" Birinci Liqada komandanın qapısını qorumuş Abdulla Seydəhmədovla anlaşıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi qolkiperini komandada saxlayıb.

"Şamaxı" növbəti mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Bu komanda müqaviləsi başa çatan Abdulla Seydəhmədov ilə yeni müqavilə imzalayıb.

Qolkiperlə yeni müqavilənin müddəti bir ildir.

Xəbər xətti