"Turan Tovuz"un futbolçusu Belajdi Pusi komandadan ayrılsa da, Azərbaycanda qala bilər.
Sportal.az saytına verilən məlumata görə, albaniyalı futbolçunun “Şamaxı”ya keçidi gündəmdədir.
Belə ki, Premyer Liqaya yenidən qayıdan “Şamaxı” albaniyalı futbolçunun keçidini həll etməyə çalışır. Hazırda tərəflər arasında danışıqlar davam edir və son anda maliyyə məsələsində problem çıxmasa, böyük ehtimalla, yaxın günlərdə müqavilə imzalanacaq.
26 yaşlı futbolçu “Vlajniya” və “Skenderbeu”da oynadıqdan sonra “Turan Tovuz”a keçmişdi.
saytlarin hazirlanmasi