"Araz-Naxçıvan” başa çatan mövsümdə komandanın əsas oyunçularından olan bir futbolçu ilə yollarını ayırıb.
Sportal.az saytına verilən məlumata görə, Naxçıvan klubu Tural Bayramlının müqavilə müddətini artırmayıb. Ona yeni müqavilə təklif edilməyib. Numan Kurdiç, Aksel Nqando, Mohammed Kadiri və Elvis Maşike ilə yollarını ayırmış “Araz-Naxçıvan” Bayramlının əvəzinə başqa yerli oyunçu transfer edəcək.
Əlavə edək ki, İldar Alekperovla Abdulla Rzayev də icarə müddəti başa çatdığından “Sabah”a dönüb.
saytlarin hazirlanmasi