I Liqada 2023/24 mövsümünün oyunlarını 61970 tamaşaçı izləyib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.
Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. XXV turun matçını 3800 tamaşaçı izləyib. “Karvan”ın “Mingəçevir”lə I turda, “Difai Ağsu” ilə III turdakı matçlarında 2500 izləyici olub.
Yevlax ev oyunlarındakı tamaşaçı sayında da liderdir. “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür.
saytlarin hazirlanmasi