Azərbaycan klubu portuqaliyalını transfer etməyi planlaşdırır

14:18 - 15 İyun 2024

Yeni mövsümdən Premyer Liqaya qayıdan “Şamaxı” heyətini legioner qolkiperlə gücləndirməyi planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi Rikardi Fernandeslə anlaşmaq üzrədir.

Hazırda tərəflər danışıqların son mərhələsindədir. 29 yaşlı qapıçının “Torreens” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.

Portuqaliyalı futbolçu karyerası ərzində “Belenenseş”, Oliveyrense”, “Anadiya”, “Fafe”, “Famalikao”, “Santa Klara” klublarının qapısını qoruyub.

Xəbər xətti