Yeni mövsümdən Azərbaycan Premyer Liqasında yarışan “Şamaxı” heyətini daha bir yerli futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, Ayxan Abbasov sərəncamında “Turan Tovuz”un futbolçusu Tərlan Quliyevi görmək istəyir.
Hazırda danışıqlar davam etdirilir. Tərəflər razılıq əldə edərsə, təcrübəli müdafiəçi “Şamaxı” ilə bir illik müqavilə imzalayacaq.
32 yaşlı futbolçu Azərbaycan millisinin sabiq üzvüdür. O, “Neftçi”, “Sumqayıt”, “Qarabağ”, “Kəpəz”, “Keşlə”(indiki “Şamaxı”) komandalarında oynayıb.
saytlarin hazirlanmasi