İsrail klubunun legionerinin Azərbaycana qayıdışı baş tutmayacaq

20:34 - 17 İyun 2024

"Hapoel"in (Hayfa) yarımmüdafiəçisi Felipe Santosun yeni mövsümə Azərbaycan Premyer Liqasında başlamaq ehtimalı aşağı enib.

Bu barədə Sportal.az saytına braziliyalı futbolçu özü məlumat verib.

Məsələ burasındadır ki, "Araz-Naxçıvan"ın transfer etmək istədiyi Santos özünün dediyinə görə, geri qayıtmayacaq.

O, böyük ehtimalla yeni mövsümə fərqli komandada başlayacaq. Belə olmasa da, "Hapoel"də qalacaq.

"Keşlə"(indiki "Şamaxı"), "Qəbələ" komandalarında oynamış Felipe 2023/2024 mövsümün əvvəlində "Qəbələ"ni tərk edərək İsralin "Hapoel" klubu ilə anlaşmışdı. 

Xəbər xətti