Millimizin sabiq üzvü "Araz-Naxçıvan"da - RƏSMİ

17:55 - 20 İyun 2024

"Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turan Vəlizadə ilə müqavilə imzalanıb. Yarımmüdafiəçi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın heyətində yer alacaq.

23 yaşlı futbolçu “Neftçi”, “Keşlə”, “Şamaxı” və “Turan Tovuz” komandalarının formasını geyinib. O, karyerası ərzində 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin uğurları üçün də çalışıb.  

Qeyd edək ki, “Araz-Naxçıvan” bu yay Urfan Abbasov ("Qəbələ"), Ülvi İsgəndərov ("Qəbələ"), Ömər Buludov ("Neftçi") və Tərlan Əhmədlini ("Turan Tovuz") də heyətinə cəlb edib.

Xəbər xətti