Adı "Qarabağ" və "Sabah"la hallanan forvard Braziliya klubunda

15:49 - 23 İyun 2024

Braziliya millisinin sabiq forvardı Vaqner Lav özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 40 yaşlı hücumçu "Avai" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, Braziliya çempionatının ikinci divizionunda mübarizə aparan "Avai" ilə bir illik müqavilə imzalayıb.

Əlavə edək ki, Vaqnerin adı bir müddət əvvəl "Sabah" və "Qarabağ"la hallanırdı. 

Xəbər xətti