Qazaxıstan millisinin forvardı Azərbaycanda oynayacaq?

17:22 - 23 İyun 2024

Qazaxıstan millisinin forvardı Abat Aymbetov yeni sezona Azərbaycan Premyer Liqasında başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçu "Adana Demirspor"dan ayrılmağa yaxındır. O, Türkiyə klubundakı maliyyə durumunun ürəkaçan olmamasına görə, azad agent statusuna yiyələnərək, özünə yeni komanda tapmaq istəyir.

Futbolçunun xidmətində isə Azərbaycan Premyer Liqasında yarışan klubların maraqlı olduğu iddia edilir. Onun adı hələ ötən mövsümün gedişində “Neftçi” və “Sabah”la hallanırdı.

Abatın “Adana Demirspor”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti