"Özümə inanıram, Albaniya millisinə düşmək üçün çox çalışıram"

20:23 - 23 İyun 2024

"Albaniya Avropa çempionatında çox yaxşı oynayır. Millimizin çox keyfiyyətli oyunçuları var. Yığma komandamız bizi qürurlandırır, onlarla fəxr edirik. Ümid edirəm ki, gələcəkdə mən də Albaniya millisinin bir hissəsi olacam”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Şamaxı”nın yeni transferi Belajdi Pusi deyib. 

Ötən mövsümü “Turan Tovuz”da keçirmiş, yeni sezona isə “Şamaxı”da başlayacaq albaniyalı forvard  Avropa çempionatında iştirak edən Albaniya millisi haqda danışıb.

O, millinin qrup mərhələsinin son turunda İspaniya ilə görüşdəki şanslarını dəyərləndirib: “İspaniyaya qarşı oynamaq çətindir. Amma əminəm ki, albaniyalı oğlanlar meydanda ürəklərini qoyacaqlar. Hər şey ola bilər. Millidə oynamağa gəlincə, gələcəkdə hər şey mümkündür, niyə olmasın? Özümə inanıram və yüksək səviyyəyə qalxmaq, Albaniya millisinə düşmək üçün çox çalışıram".

26 yaşlı mərkəz hücumçusu “Vlajniya” və “Skenderbeu”də oynadıqdan sonra 2023-cü il yanvarın 22-də “Turan Tovuz”a anlaşmışdı.
 

Xəbər xətti