AFFA rəsmisi: "Klubların gecikmə ilə bağlı narahatlığını anlayışla qarşılayırıq"

11:34 - 24 İyun 2024

Dövlət tərəfindən klublara ayrılan vəsaitin aylarla ödənilməməsi, hər dəfə gecikdirilməsi narahatlığa səbəb olur. Mövcud vəziyyət hamını zinhara gətirib. Məsələ dəfələrlə mediada qaldırılsa da, buna heç cür çözüm tapılmır ki, tapılmır... 

Bununla bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə müraciət etdik. Sportal.az saytına açıqlama verən qurum sözçüsü problemin yaxın günlərdə çözüləcəyini dedi: 

"Klubların gecikmə ilə bağlı narahatlığını anlayışla qarşılayırıq. AFFA olaraq biz də başa düşürük ki, yeni mövsümə hazırlaşmaq, heyəti komplektləşdirmək üçün maliyyə böyük rol oynayır. Artıq 2023-2024 mövsümü başa çatıb və bildiyiniz kimi hər sezonun sonunda maliyyə hesabatları təqdim olunur. Həmin maliyyə hesabatlarının yoxlanılmasının son mərhələsidir. Yaxın günlərdə klublar üçün nəzərdə tutulan müvafiq maliyyə vəsaiti onların hesabına köçürüləcək".

Xəbər xətti