Azərbaycan Premyer Liqası: Yeni sezonun püşkatma mərasiminin vaxtı açıqlandı

11:49 - 24 İyun 2024

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, mərasim 16 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq.

Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.

Xəbər xətti