"Araz-Naxçıvan"ın məşqçilər korpusunda dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, Şimali Makedoniyadan olan Teodor Terziev fiziki hazırlıq üzrə məşqçi təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2022-ci ildən “Rabotniçki” klubunda çalışan UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahib Terziev paralel olaraq ötən ildən Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.
saytlarin hazirlanmasi