Birinci Liqa klubu gənc məşqçi ilə anlaşdı

09:55 - 28 İyun 2024

Birinci Liqada iddialılardan olan "İmişli" yeni baş məşqçisini açıqlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi postu Fərid Namazova həvalə edilib.

Karyerası ərzində “Səbail”, “Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarında çalışmış gənc mütəxəssis Azərbaycan U-19 yığmasında da məşqçi kimi fəaliyyət göstərirdi.

O, eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi çalışıb.

Xəbər xətti