"Karvan" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi son klubu "Şamaxı" olan Bəhruz Teymurovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ilk peşəkar klubu "Karvan" olan B.Teymurov 2011-2012 mövsümündə də Yevlax təmsilçisində çıxış edib. O, "Xəzər Lənkəran", "Şəmkir", MOİK, "Kəpəz" və "Zaqatala"da da oynayıb.
saytlarin hazirlanmasi