"Şamaxı"nın "Arsenal"ın yetirməsi olan Morqan Fereyra ilə anlaşdığı barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi artıq ingilis futbolçunu Azərbaycana dəvət edib. Əldə etdiyimiz məlumata görə, 29 yaşlı yarımmüdafiəçi artıq gəlməyə də razılıq verib. Məlumata görə, Morqan iyulun 6-da komandaya qoşulacaq. “Nottingem Forest”, “Kristal Peles”, “Uollsol” kimi komandalarda oynamış futbolçu komandaya qoşulacaq yeganə legioner deyil.
Onunla yanaşı, “Şamaxı”nın razılaşdığı daha bir futbolçu da bölgəyə yollanacaq. Belə ki, Namibiya millisinin 23 yaşlı müdafiəçisi Lubeni Haukonqo da iki gündən sonra “Şamaxı”nın düşərgəsində olacaq. O, karyerası ərzində “Svakopmund”, “Eleven Arrows”(hər ikisi Namibiya), “Lill B”, “Çippa Yunayted”, “Keyp Toun Spurs”(hər ikisi CAR) komandalarında oynayıb.
saytlarin hazirlanmasi