"Səbail"də növbəti ayrılıq - portuqaliyalı özü açıqladı

12:18 - 5 İyul 2024

Portuqaliyalı yarımmüdafiəçi Pedro Nuno “Səbail”lə vidalaşıb.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu instaqram profilində bununla bağlı paylaşım da edib:

“Ötən mövsüm “Səbail”in formasını geyinmək mənim üçün böyük şərəf idi. Bütün komanda yoldaşlarıma, məşqçilərimə və əməkdaşlara dəstək ,  fədakarlıq üçün təşəkkür etmək istəyirəm. Bu klubda yaranan gözəl xatirələri və dostluqları özümlə aparıram. Sevgi və sarsılmaz dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. “Səbail”dəki təcrübə unudulmaz oldu. Tezliklə görüşərik”.

Qeyd edək ki, Pedronun karyerasını “Araz-Naxçıvan”da davam etdirəcəyi gözlənilir.

Xəbər xətti