Ulduz futbolçu ərəblərlə razılaşdı

18:19 - 5 İyul 2024

"Mançester Siti"nin futbolçusu Kevin De Brüyne karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi"Əl-İttihad" klubuna keçə bilər. Bu barədə"Sky Sports" televiziyası məlumat yayıb.

33 yaşlı futbolçunun ərəblərlə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı bildirilir.

Qeyd edək ki, "Mançester Siti" Kevin De Brüyneni 2015-ci ilin yayında "Volfsburq"dan transfer edib. Belçika millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 382 rəsmi matçda 102 qol və 170 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin iyun ayında başa çatır.

Xəbər xətti