"Qalatasaray" Fransadan müdafiəçi gətirir

19:56 - 5 İyul 2024

"Qalatasaray" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Renn"də çıxış edən Qela Dueni transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Sarı-qırmızılar"ın 21 yaşlı sağ cinah müdafiəçisinin keçidini 5 milyon avroya yekunlaşdırmaq üzrə olduğu bildirilir.

Qeyd edək ki, Qela Due "Renn"in yetirməsidir. Fil Dişi Sahili millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti