Azərbaycan klubunun legionerləri toyda bəylə oynadı - VİDEO+FOTOLAR

11:51 - 6 İyul 2024

"Difai"nin oyunçusu Tahir Zeynalov subaylığın daşını atıb.

Sportal.az xəbər verir ki, 2004-cü il təvəllüdlü futbolçu dünən özünə toy edib.

Onun şad günündə klubun rəhbərliyi, məşqçiləri və futbolçuları iştirak eləyib.

Büsat məclisinin ən maraqlı anlarından biri də legionerlərin bəylə qol qaldırıb oynaması olub.

Nigeriyalı Valter Ebuka və kamerunlu Kristian Kamta Azərbaycan musiqisinin sədaları altında rəqs meydançasını qızışdırıb.


Xəbər xətti