"Neftçi"nin sabiq futbolçusu Azərbaycana qayıdır

22:25 - 8 İyul 2024

"Araz-Naxçıvan" heyətini gücləndirməkdə davam edir.

Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, "Neftçi"ylə "Qəbələ"dən tanıdığımız Ramon Maçado karyerasımı ölkəmizdə davam etdirməyə yaxındır. Malaziya "Sabah"ından ayrılan forvardla böyük ölçüdə razılıq əldə olunub.

Son anda hansısa problem yaranmasa, "sambaçı" yaxın günlərdə Türkiyə toplanışında kollektivə qoşulacaq.

Xəbər xətti