I Liqaya vəsiqə qazanan "Baku Sportinq" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Nazim Həsənzadəni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-21 millisinin üzvü ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçinin son klubu “Zirə” olub.
saytlarin hazirlanmasi