Bölgə klubunun stadionu təmirə bağlandı: ot örtüyü dəyişdirilir - FOTO

19:15 - 10 İyul 2024

"İmişli" FK öz şəxsi vəsaiti hesabına Heydər Əliyev adına İmişli Şəhər stadionunu təmirə bağlayıb.

Sportal.az xəbər verir ki, stadion yan qurğuların təmiri, ot örtüyünün yenilənməsi, baza təmiri və digər müxtəlif sahələrdə aparılan profilaktik və təmir işləri ilə əlaqədar bir müddət bağlanacaq. Bu işlər klubun şəxsi kapitalı hesabına maliyyələşir.

Həm futbolçulara, həm azarkeşlərə ən keyfiyyətli infrastruktur təqdim etmək üçün ciddi şəkildə işlər həyata keçirilir.


Xəbər xətti